Advertisement

Narkotiklə tutulan şəxs axund müavini imiş (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Neftçalada axund müavini işləyən şəxs narkotiklə tutulub.

Trend xəbər verir ki, aprelin 11-də Neftçala RPŞ-nin
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində,
1983-cü il təvəllüdlü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Neftçala şəhər dindarlarının dini icması məscidinin axund müavini
işləyən Salamov Samid Şakir oğlunun üzərindən və yaşadığı evdən
külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə
aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Samid Salamov şübhəli şəxs qismində tutulub.

XXX
12.04.2024

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan Samid Salamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, ondan 35 büküm
metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə
bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir
ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam
etdirilir.