
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu İrana cavab zərbəsindən
imtina edib.
Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər
verib.
Məlumata əsasən, Netanyahu bunu ABŞ prezidenti Co Baydenlə
telefonla danışığından sonra edib.
İki yüksək vəzifəli İsrail rəsmisi nəşrə bildirib ki,
hərbi-siyasi kabinet üzvləri cavab zərbəsi endirməyə çağırıb, lakin
B.Netanyahu C.Baydenlə telefonla danışdıqdan sonra bu ideyadan
imtina edib.





























