Advertisement

İsrail İranın hücumuna cavabla bağlı hələ qərar verməyib – KİV

Bakı. Trend:

İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qərar
verməyib.

Trend-in
məlumatına görə, bu barədə “CNN” İsrail rəsmisinə istinadla məlumat
yayıb.

O, İsrailin cavab verməkdə qərarlı olduğunu, lakin vaxtı və
miqyası ilə bağlı qərarın hələ verilmədiyini söyləyib. Rəsmi qeyd
edib ki, İsrail hərbçilərinə cavab üçün bir neçə variant hazırlamaq
tapşırılıb.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki,
İsrail İrandan gələn təhlükəyə qarşı regional koalisiya
yaradacaq.

“The New York Times” da mənbələrə istinadla yazıb ki, İranın
zərbələrinə İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq.