Advertisement

“Yaşıl keçid” Azərbaycanın milli prioritetləri sırasındadır – Muxtar Babayev

Bakı. Trend:

COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə
apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin
həllinə töhfə vermək səylərinə beynəlxalq İctimaiyyətin etimadının
təzahürüdür.

Trend xəbər verir ki, bu barədə COP29-un müəyyən olunmuş
Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı
zamanı çıxışında bildirib.

“Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim
dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi
istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək”,- deyə o
bildirib.

M.Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri
sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan
emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul
etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və
2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan
enerjinin payının 30 faizə çatdırılması hədəf kimi
müəyyənləşdirib.