
Bakı. Trend:
Əfqanıstan COP29-da iştirak edəcək.
Trend xəbər
verir ki, bu barədə Əfqanıstanın iqlim dəyişikliyi məsələləri üzrə
nümayəndəsi, COP27 və COP28 iştirakçısı Abdulhadi Axakzai özünün
sosial şəbəkə hesabında yazıb.
“COP29 mənim və Əfqanıstanı təmsil edən komandam üçün dəyərli
təcrübə olacaq. Artıq ətraf mühitin mühafizəsi məsələləri və iqlim
dəyişikliklərinin nəticələrini yüngülləşdirməklə bağlı güclü
danışıqlar aparmağa hazırlaşmağa başlamışıq”, – deyə o yazıb.
Əfqanıstan nümayəndəsi ölkəsinin COP28-də öz stendinin
olmadığını, Kolumbiya hökumətinin Əfqanıstan nümayəndə heyəti üçün
Əfqanıstanda iqlim dəyişikliyinin mənfi nəticələrini öz
pavilyonunda məruzə etmək imkanı yaratdığını xatırladıb.
“Bakıda keçiriləcək COP29 tədbirində ətraf mühitin etibarlı
müdafiəçisi kimi çıxış etmək istəyirik”, – deyə son illərdə BMT-nin
bütün iqlim tədbirlərində aktiv şəkildə iştirak edən Axakzai qeyd
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























