
Bakı. Trend:
Gənclərlə bağlı fəaliyyət istiqamətləri BMT-nin İqlim
Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransında
önəmli yer alır.
Trend xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə Gənclər
Çempionu Leyla Həsənova COP29 Sədrliyinin ilk mətbuat konfransı
zamanı çıxışında bildirib.
O, gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin
genişləndirilməsi, qlobal proseslərdə onların iştirakçılığının
təmin olunmasına yönəlmiş tədbirlər haqda danışıb.
Xəbər yenilənəcək



























