Advertisement

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANIB

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar
barədə həftəlik(08.04.2024 – 14.04.2024) barədə məlumat yayıb.

ANAMA-dan Trend-ə verilən
məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi,
Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və
Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725
Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

Qeyd edək ki, azad olunan ərazilərdə 2024-cü il 1-7 aprel
aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718
partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib.

Həmçinin, 1576 hektar ərazi minalardan təmizlənib.