Advertisement

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişdi

Bakı. Trend:

Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
haqqında Əsasnamə”də dəyişiklik edib.

Trend-in xəbərinə görə,
indiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər
Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət
göstərib.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil
Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət
göstərib.

Şura üzvlərinin sayı və tərkibi Elm və Təhsil Nazirliyi
tərəfindən təsdiq ediləcək.