
Bakı. Trend:
Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları
müəyyənləşib.
Trend-in xəbərinə görə,
Nazirlər Kabineti bu barədə qərar verib.
Müəyyən edilib ki, “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət
Qaydaları”nda nəzərdə tutulmuş tənzimləyicinin səlahiyyətləri
2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi
tərəfindən həyata keçirilir. Bu Qərar 2025-ci il iyulun 1-dən
qüvvəyə minir.





























