Advertisement

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub (FOTO)

Bakı. Trend:

PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd
proqramının bağlanış tədbiri baş tutub.

Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verən
və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding öz
KSM fəaliyyəti çərçivəsində “Əlaçı” proqramını tədqim etmişdir.

“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə
edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan
bir illik təqaüd proqramıdır. 2023-2024-cü tədris ilini əhatə edən
və beləcə artıq ikinci dəfə təşkil olunan “Əlaçı” proqramı
çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına
yönəlmiş tədbir və təlimlər təşkil olunur.

Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı
2100-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər
təşkil etmişdir. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu,
oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası,
netvörkinq görüşləri və PAŞA Holding, PAŞA Sığorta və PAŞA
Technology şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil
edilib. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının
inkişafı, həm də karyera inkişafını əhatə edib.

Onu da qeyd edək ki, cari proqram müddətində “Əlaçı”lar üçün
Sığortaçı məktəbi də təşkil edilib ki, bu məktəbə 20 tələbə
seçilərək sığorta ilə bağlı təlimlərdə iştirak ediblər. Bundan
əlavə, ümumi layihə müddətində 20-yə yaxın Əlaçı tələbəsi PAŞA
qrupda iş fəaliyyətinə başlayıb.