
Bakı. Trend:
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı
cinayət işi başlanıb.
Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Goranboy
rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş
verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon
prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü
illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər
yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin
mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin
179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli
miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə
cinayət işi başlanaraq istintaq aparılır.





























