Advertisement

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakı. Trend:

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əksər
bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın
13.9-20.7 m/san olacağı gözlənilir.

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy,
Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan,
Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl,
Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun
olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si
səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq
20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları,
təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.