Advertisement

700-dən çox gənc doğru yolu seçdi!

Bakı. Trend:

Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz
töhfəsini verir!

“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə
birgə əməkdaşlıqda həyata keçirdiyi “Doğru yol budur” sosial
kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın
müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək
mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də
gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı,
sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın
artırılmasına yönəlib.

Qeyd edək ki, “Doğru yol budur” kampaniyası çərçivəsində Cüdo
Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən
bölgələrdə qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz
cüdo ilə məşğul olmaq imkanı verilib. Layihə əsnasında məşhur rep
ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film çəkilib, yeniyetmə və
gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt və
Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında
və gənclərin daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam
etdirən posterlər yerləşdirilib.

Xatırladaq ki, 26 iyun BMT tərəfindən Narkomaniya və
Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib və bu gün
ictimaiyyətin diqqətini narkomaniya problemlərinə yönəltməyi
hədəfləyib. “Azercell Telekom” yeniyetmə və gəncləri zərərli
vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürərək asudə
vaxtlarını səmərəli keçirməyə çağırır!