Advertisement

Dövlət müəssələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib – Hesablama Palatası

Bakı. Trend:

Dövlət resurslarından səmərəli istifadə olunmamasını deməyə əsas
verən hal kimi elmi-tədqiqat institutlarına və Azərbaycan-Türkiyə
Toxumçuluq və Araşdırma Təsərrüfatı Ortaq Müəssisəsinə təhkim
olunmuş torpaq sahələrinin 120 hektara yaxın hissəsinin kənar
şəxslər tərəfindən zəbt edilməsidir.

Trend xəbər verir ki, bu
barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat
bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Hesabatda bildirilib ki, müəyyən tədbirlər görülsə də
zəbtetmələrin aradan qaldırılmasına nail olunmaması və auditin
keçirildiyi müddətdə də davam etməsi, analoji zəbtetmələrin
Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin dövlət
sort-sınaq məntəqələrinə aid torpaq sahələrində də mövcud olması
salahiyyətli dövlət qurumu ilə razılaşdırılmadan müqavilələrin
bağlanılması və ya hər-hansı rəsmiləşdirilmə aparılmadan torpaq
sahələrinin kənar şəxslərə istifadəyə verilməsi, 902,7 min manat
dəyərində texnika və avadanlıqların müvafiq açıq üstü örtülü
olmayan ərazilərdə istifadəsiz saxlanılması, 200,6 min manat
məbləğində vəsaitin xərclənməsi müqabilində praktiki əhəmiyyət və
nəticəlilik baxımından məqsədlərə nail olunmaması, əmək
resurlarının və texnikaların müvafiq torpaq sahələrinə nisbətən
qeyri proporsional şəkildə bölüşdürülməsi və digər müəyyən
çatışmazlıqlar müəyyən edilib.