Advertisement

Axtarışda olan 72 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki
dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 72, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.