
Bakı. Trend:
Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, aprelin 15-nə keçən gecə Binəqədi rayonu
ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BMW” markalı
avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil
olub.
Araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi
tərəfindən qaçırılması müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat
vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş
Samir Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə
birgə saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.





























