
Bakı. Trend:
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin
maaşlarına əlavənin verilmə müddəti uzadılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində
yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ
koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə
ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına
müddətli əlavənin verilməsi aprelin 2-dən iyulun 1-dək
uzadılıb.





























