Advertisement

Buraxılış imtahanında 39 nəfər maksimum bal toplayıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə
10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının
nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, imtahanda
iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana
gəlməyib.

İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv
olunub.

İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən
yüksək nəticəni göstərib.