Advertisement

QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasının
azalmasının səbəbini açıqlayıb.

QMİ-dən Trend
verilən məlumata görə, kvotanın azaldılmasına səbəblərdən biri bəzi
işbaz şirkətlər və yaxud fərdlərin insanları aldatması olub.

“Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının
sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi bir
çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza
almaq şəraitini yaradıb.

Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə
insanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinə
aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş
bu işbazların qurbanına çevrilib.

İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkən
bitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdən
fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1
ay tez bitməlidir”, – qurumdan bildirilib.

Qeyd edək ki, bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakin
ilkin kvota 2 mindən bir qədər çox idi.