
Bakı. Trend:
Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən
keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü
Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı
Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin
qüvvələri tərəfindən davam etdirilir.
FHN-dən Trend-ə verilən
xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən
istiqamətlər üzrə nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və
Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə
axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il
təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən
su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S
suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya
tullansa da, o da batıb.





























