Advertisement

DİN tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edildi

Bakı. Trend:

Aprel ayının 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi
qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya
üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik
vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv
edilmə prosesi həyata keçirilib.

Trend xəbər verir ki, bu
barədə DİN-in məlumatında deyilir.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə
hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925
kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu”
MMC-nin ərazisində məhv edilib.