Advertisement

Bakıda “BMW” qaçırıldı – Trend.Az

Bakı. Trend:

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW”
markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat
daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat
vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev
saxlanılıb.

Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma
aparılır.