
Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin
müvafiq dövrünə nisbətən 14 faiz (198 mln. manat) çox olmaqla 1
mlrd. 613 mln. manat vəsait yönəldilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi,
2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz
indeksləşdirilməklə artırılıb.
Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı
2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən
proaktiv qaydada aparılıb.





























