
Bakı. Trend:
Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən
ikimərtəbəli evlərin birində yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar
yanıb.
Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları
olan seyfin oğurlanması aşkar edilib.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli
müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























