
Bakı. Trend:
Qazaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon
sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli
bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş
Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























