Advertisement

Azərbaycanda bu maddənin satışının qadağan olunması ilə bağlı TƏKLİF

Bakı. Trend:

Boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdr. Çünki bir
neçə ölkədə uşaqlardan qan analizi götürərək, qurğuşun səviyyəsini
öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı
problemləri yarana bilir və bu, çox ciddi məsələdir.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini İlqar
Qasımov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və
Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam
ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində”
mövzusunda dinləmədə deyib.

Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi
ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin
təhlilini aparıb:

“Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat
mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına
təsirini araşdırma proqramları üzərində iş gedir. Çünki bu günə
qədər belə proqram olmayıb.
Tövsiyələrimiz odur ki, aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq
və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin
ətraf mühit amilləri ilə əlaqəsi araşdırılmalıdır.

Həmçinin, qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə
havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni
ola bilsin, həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də,
ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi
qəbul edilməli, sirkə essensiyanın sərbəst satışı qadağan edilməli,
pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması
məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin
uşaqlara əlçatanlığının qarşısını almaq, habelə onların təhlükəsiz
utilizasiyanı hazırlamaq lazımdır”, – deyə o əlavə edib.