Advertisement

Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR – Trend.Az

Bakı. Trend:

Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb.

Trend xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq
əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin
müvəqqəti icrası həvalə edilib.

Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra
intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində
işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid
Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə
regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.