Advertisement

Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq – Nazir

Bakı. Trend:

2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni
yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların
müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində
deyib.

O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və
gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını
söyləyib.

“Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və
Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların
yetişdirilməsinə kömək edir.

İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu
olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı
universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz
dünyanın populyar universitetlərinə qəbul olub. Bu hələ ilkin
mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların
sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər
bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır”, – deyə nazir
bildirib.