
Bakı. Trend:
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar
aşkarlanıb.
Bu barədə Trend-ə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi,
ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev
Yasir Oqtay oğluna məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında
plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin
pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə
müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur
rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə
əlamətləri müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi
barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı
tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız
məhsulların satışının qarşısı alınıb.





























