Advertisement

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü ələ keçib

Bakı. Trend:

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü,
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il
təvəllüdlü Səfərov Ramil saxlanılıb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə onun üzərindən 3
kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən
marixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə
əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü
bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin
saxlanılması istiqamətində əməliyyat tədbirləri davam
etdirilir.