Advertisement

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində paytaxtın 12 nömrəli şəhərdaxili, Sumqayıt-Qusar və
Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutlarını
müsabiqəyə çıxarır.

Trend-in AYNA-ya istinadən
xəbərinə görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.

Sənədlər 16 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Elsevər Qədimov – 050-855-53-55, e-poçt:
[email protected]) qəbul
ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən 4 Lot üzrə mayın
23-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.