
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində
Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə
tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc
Əliyeva, mütəxəssislər Gülnar İsmayılova və Günel Cəbrayılova,
həmçinin 36 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti iştirak
edib.
Görüşdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə
ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün
yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi
aparılıb.
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv
təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə
mükafatlandırılmışdır. Məktəbin 6-cı sinif şagirdlərinin ifalarında
“Şirin dil” mahnısı böyük maraqla qarşılanmış, tədbir iştirakçıları
tərəfindən təqdir olunub.





























