
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı
avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17
patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar
aşkar olunaraq götürülüb.





























