Advertisement

İqtisadiyyat nazirinə yeni müavin təyin olundu

Bakı. Trend:

Anar Axundov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin
müavini təyin olunub.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncamı
imzalayıb.

Qeyd edək ki, A.Axundov 1975-ci ildə anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı
ixtisasi üzrə bitirib.

Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb,
həmçinin bir sıra kommersiya banklarında çalışıb.

1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis,
şöbə rəisi və departament rəisi vəzifələrində işləyib.

2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının
inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri,
2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktoru olub.

2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti
sədrinin müavini vəzifəsində işləyib.

2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü
təyin edilib.

Ailəlidir, 2 övladı var.