
Bakı. Trend:
40-a yaxın bağça müdiri işdən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində
deyib.
“Bağçalarda nöqsanlarla bağlı şikayətlər alırıq. Bu səbəbdən
agentlik bağçalarda mütəmadi monitorinqlər aparır. Monitorinqlərin
nəticəsində 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq verilib”, – deyə
E.Bağırov bildirib.
Xəbər yenilənəcək





























