Advertisement

I siniflərə qəbulda yeniliklər AÇIQLANDI

Bakı. Trend:

Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq
olunacaq.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində
məlumat verib.

O bildirib ki, həmin yeniliklər aşağıdakılardır:

“Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq
olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq
olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat
əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə)
https://baku.edu.gov.az/az/page/333/7169 linkinə daxil olaraq, Bakı
şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil
müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat
əldə edə bilər.

Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər
mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi
yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə
uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış
sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb
seçimini asanlaşdırır.

Bundan başqa Bakı Avropa liseyi, Respublika İncəsənət
gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin
müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən
valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst
formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə
bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil
müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcəkdir”.