Advertisement

Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

Bakı. Trend:

Azərbaycanda at sahəsində xəstəliklər aradan qaldırıldığı üçün
diri atın ixracına icazə verilir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid
sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə
deyib.

O qeyd edib ki, qanunvericiliyə görə, hazırda Azərbaycanda
istehsal olunan məhsulların daxilində at ətindən istifadə
olunmur.

“Kəsim yerlərindəki at ətləri Qazaxıstana ixrac olunur.
Qazaxıstan, Qırğızıstan və Monqolustan kimi ölkələr Azərbaycanda
ixrac həyata keçirirlər”, – deyə o əlavə edib.