Advertisement

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Bakı. Trend:

Ölkənin qabaqcıl internet provayderi “CityNet” Azərbaycanda ilk
dəfə olaraq dünyanın məşhur TV platformaları ilə əməkdaşlığa
başladı. Yeni əməkdaşlıqlar nəticəsində “CityNet” “Blu-TV”,
“Canal+Group” və “Setanta Sports”a daxil olan kanalları Azərbaycana
gətirir.

Artıq mart ayından etibarən “CityNet” müştəriləri Türkiyə
istehsalı eksklüziv məzmunları və məşhur kino ulduzlarının
çəkildiyi serialları “Blu-TV Play1” kanalından ödənişsiz
izləyir.

“CityNet”-in “İnternet+TV” paketinə qoşulan müştəriləri təmamilə
ödənişsiz şəkildə “Dizi”, “Filmbox”, “FilmBox Arthouse”, “FunBox
UHD”, “Fast&FunBox”, “DocuBox”, “Gametoon”, “360 TuneBox” və
“FightBox” kanallarını izləyə bilərlər. Bu kanallar “Canal+Group”-a
daxil “SPI International” ilə əldə olunan razılaşma çərçivəsində
“CityNet”-in TV yayımı xidmətinə daxil edilib. Bu kanallarda
müştərilər Hollivud kinoları, sənədli filmlər, Türkiyə istehsalı
seriallar, müxtəlif əyləncəli verilişlər, oyunlar izləyə və fərqli
janrlarda musiqilər dinləyə bilərlər.

Dünyanın top futbol liqalarını, NBA, F1 kimi mühüm idman
yarışlarını, eləcə də, böyük tennis turnirlərini yayımlayan
“Setanta Sports” kanalları da artıq “CityNet” istifadəçiləri üçün
aktivdir. “Setanta Sports” və digər idman kanallarını («Футбол», «Матч» və s.)
əhatə edən paketə qoşulma haqqı 2 AZN təşkil edir. Mövcud “CityNet”
müştəriləri isə bu paketdən ilk ay ödənişsiz yararlana
bilərlər.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və
rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri
təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və
ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya
*1177 ilə əlaqə saxlaya bilərsiniz.