
Bakı. Trend:
Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən
marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində
spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən
paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik
cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının
olub-olmadığı araşdırılır.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.





























