
Bakı. Trend:
Qaydalar olmayanda, insanların davranış problemi olur.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin
Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair
tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, elə məktəb var orada problem az, eləsin də
isə çoxdur.
“Bu məktəbin kontingentinin sosial-iqtisadi vəziyyətinin daima
yenilənməsi ilə əlaqədardır. Şagirdlərin sosial şəbəkə aslılığı ilə
bağlı ciddi tədqiqat aparılmalıdır.
“Məktəbli dostu” layihəsi nə qədər uzun olacaqsa, deməli biz
həmin müddətdə məktəbi islah etməmişik ki, məktəblinin dostuna
ehtiyacımız var. Arzumuz odur ki, məktəblinin dostuna ehtiyacımız
olmasın. Amma proqnozlara əsasən onlara uzun müddət ehtiyac
olacaq”,- deyə E.Əmrullayev bildirib.





























