
Bakı. Trend:
Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların
qanunsuz kəsilməsi faktları aşkar olunub.
Trend xəbər verir ki, bu
barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla
Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə
şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad
Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə
mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev,
Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa
Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və
təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə
yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından
məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş
Prokurorluğa göndərilib.





























