
Bakı. Trend:
Külli miqdarda siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsindən Trend-ə
verilən xəbərə görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil
olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu
ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan
Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058
qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq
götürülüb.
Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb
edilməsi üçün fakt üzrə araşdırma aparılır.





























