Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı
avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı,
26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər
sursatlar aşkar olunaraq götürülüb.