
Bakı. Trend:
Aprelin 18-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki
dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.





























