Advertisement

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı. Trend:

Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Ağstafa-Bakı
marşrutu üzrə əlavə reyslər təyin edilib.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC
məlumat yayıb.

Bildirilib ki, əlavə təyin edilən qatarlar aprelin 20-də saat
09:15-də Bakıdan- Ağstafaya, aprelin 21-də saat 15:00-da isə
Ağstafadan-Bakıya yola düşəcək.