Advertisement

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul
edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 26-da, saat
10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Ağdaş,
Yevlax, Ucar və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna
gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata
keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)
prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07 nömrəli telefonu, [email protected]
elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki
səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla
bilərlər.