
Bakı. Trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim
şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18°, gündüz 24-29° olacaq. Atmosfer
təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət
gecə 65-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə
5-10°, gündüz 15-20° olacaq.





























