
Bakı. Trend:
Bakıda yaşayış binasında yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli
yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 m² olan 5
otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan və
1 ədəd qabyuyan maşın yanıb.
Yüksək temperaturdan 3 p.m mətbəx mebeli qarsalanıb. Yanğın
zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.





























