Advertisement

Bakı Fransız Liseyi niyə bağlanır? – Səbəb AÇIQLANDI

Bakı. Trend:

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, liseydən məlumat
verilib.

Qeyd edilib ki, fəaliyyətinin dayanma səbəbi kommersiyadır.

Qeyd edək ki, Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və
daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan
vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.
320 şagird yerlik tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu
daxil olmaqla, ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət
göstərib.