Advertisement

Kamran İmanov beynəlxalq konfransda çıxış edib (FOTO)

Bakı. Trend:

2023-cü il 18-19 aprel tarixlərində Moskva şəhərində Avrasiya
Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üzrə Federal
Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli
Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli,
mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq
Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının
birgə təşkilatçılığı ilə “Müəllif/Author – 2024” IV beynəlxalq
elmi-praktiki konfransı keçirilib.

Tədbirin açılışında Rospatentin rəhbəri Yuriy Zubov, UNESCO
kafedrasının direktoru professor Mixail Fedotov, APT-nın prezidenti
Qriqoriy İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya
Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin, Rusiya Federasiya
Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya
Qumerova, Cənubi Afrika Respublikasının Şirkətlər və Əqli Mülkiyyət
üzrə Komissiyasının komissarı Rori Voller və başqaları çıxış
ediblər.

Sonra M.Fedotovun moderatorluğu ilə konfransın plenar iclası
keçirilib. İclasa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran
İmanov konfransın təşkilatçılarını və iştirakçılarını salamlayıb,
bu mötəbər beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb və bu cür
tədbirlərin əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə töhfə verdiyini bildirib. Sonra K.İmanov
“Müəlliflik, müəllifliyi qoruma hüququ və müəllif hüquqları”
mövzusunda geniş məruzə ilə çıxış edib.

Məruzədə müəllifliyin fərdi töhfənin sosial-mədəni tanınması
institutu olması, müəlliflik fenomeninin sosial-mədəni, yoxsa
müəlliflik hüquq təsviri modelinin çərçivəsində təmsil etməyin daha
səmərəliliyip, müəllifliyi qoruma hüquqlarının mahiyyəti, sənaye
mülkiyyəti obyektlərinə münasibətdə müəllifin hüquqlarının
qorunması, o cümlədən əqli mülkiyyət sahəsində regional inteqrasiya
məsələlərinə toxunulub.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla
dinlənilib və alqışlanıb. Tədbirin moderatoru k,imanovu həmişə
olduğu kimi maraqlı və aktual mövzuya toxunduğuna görə təşəkkür
edib, məruzənin Rusiyanın “Ali İqtisadiyyat Məktəbi”nin elmi
jurnalında şap olunmasını tövsiyə edib.